Bakıda anbar yanıb.

Bu barədə “Unikal”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 250 m² olan anbarın içərisində istifadəyə yararsız kisələr 20 m² sahədə yanıb. Anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.