Bakının Səbail rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və taxta tullantıları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Gədəbəy rayonunun Köhnəkənd kəndində isə ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.