Bakı şəhərinin Nərimanov rayonunda Əlicabbar Orucəliyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə "Unikal"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, xətlənmə işləri çərçivəsində Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.