Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. Belə ki, 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. 

COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri prosesi davam etdirilir.

Anar Kəlbiyev