Türkiyəli məşhur aktyor Uraz Kayğılaroğlu Etilerdə sevgilisi, menecer Gamze Okutucu ilə görüntülənib.

"Unikal" xəbər verir ki, cütlük məkanların birindən çıxarkən jurnalistlərin obyektivinə tuş gəlib. Gamze ilə münasibətlərinə dair açıqlama verməyən aktyor bir müddət əvvəl yoluxduğu koronavirusdan sağaldığı üçün artıq çəkilişlərə qatıldığını bildirib.

Qeyd edək ki, U.Kayqılaroğlu hazırda "Üç kuruş" serialında "Kartal" obrazına həyat verir.