Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin əmri ilə, Fidan Fərzəliyeva nazirliyin İnsan Resurslarının idarəedilməsi şöbəsinin müdiri təyin olunub.

F.Fərzəliyeva bu təyinatadək BP şirkətinin İnsanlar və Mədəniyyət (keçmiş İnsan Resursları) departamentində Direktor vəzifəsində işləyib.

Murad İbrahimli