Tovuzda intihar hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, rayonun Göyəbaxan kəndinin icra nümayəndəsi 1970-ci il təvəllüdlü Barat Məhərrəmov yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mahafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov