Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Türkiyə Respublikasında fəaliyyət göstərən TUİ Otel və Resort şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilib.

Universitetdən "Unikal"a verilən məlumata görə, ATMU-nun rektoru İlham Mədətov söhbət əsnasında qonaqlara rəhbəri olduğu universitetdə tədris prosesinin təşkili,başlıca hədəfləri,həmçinin uyğun istiqamət üzrə nəzərdə tutulan beynəlxalq əlaqələr barədə detallı məlumat verib. Hər iki qurum arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsini şərtləndirən görüşdə əsas hədəf ATMU tələbələrinin Türkiyə Respublikasının nüfuzlu turizm müəssisələrində istehsalat təcrübəsinin təşkili məsələsi olub. ATMU-da TUİ Otel və Resort şirkətlər qrupunun nümayəndələri ilə keçirilən görüşün təşəbbüskarı Bakıda fəaliyyət göstərən Yunus Emre İnstitutudur.