Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.