2021-ci ilin yanvar-noyabr aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,2 milyard manat təşkil edib.

"Unikal" xəbər verir ki, Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,0 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2021-ci il vəziyyətinə 306,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.