İranda ötən sutka ərzində 24 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 026 nəfərə yüksəlib. İranda son 24 saat ərzində 2539 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6217320 nəfərə çatıb.