Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ahmet Kurala keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə 1 il 4 ay 20 gün həbs cəzası verilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, aktyorun keçmişdə məhkumluğu olmadığı və məhkəmə davam etdiyi müddətdə onun davranışları nəzərə alınaraq 1 il ərzində nəzarət altında saxlanacaq. O, bu vaxt ərzində başqa bir səbəbdən cəza almasa, bəraət qazanacaq.

Aktyorun vəkili isə apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.