Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 4-cü kurs tələbəsi Elgün Məmmədov dekabrın 23-də düşdüyü ağır yol qəzasından sonra dünən reanimasiyada dünyasını dəyişib.