Donbassda demarkasiya xəttindən bir kilometr məsafədə yerləşən müşahidə məntəqəsində iki Azərbaycan vətəndaşı Ukrayna Milli Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.

"Unikal" xəbər  verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə Luqansk vilayətində qeydə alınıb.

Belə ki, Milli Qvardiya yoxlama apardıqdan sonra müəyyən edib ki, onlardan birinin ölkədə qalma müddəti yanvarın 10-da başa çatıb. Digəri isə səbəbsiz olaraq Ukrayna ərazisində olub.

Həmçinin məlum olub ki, həmin şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar.

Saxlanılan şəxslərin Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verildiyi bildirilib.