Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Danaçı kəndində, kənd sakini Elşən Nurullah oğlu İsmayılova məxsus, ümumi sahəsi 230 kv/m olan kürsülü birmərtəbəli beş otaqdan ibarət evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. İlkin məlumata görə, yanğın məhdudlaşdırılıb, evin dam örtüyü tam yanıb. Hazırda yanğının tam söndürülməsi prosesi gedir.

Faktla bağlı araşdırma aparılır.