Türkiyədə xizək mərkəzində qar uçqunu olub.

"Unikal" “Sabah” qəzetinə istinadən xəbər verir ki, Erciyes dağının Hisarcık Kapı bölgəsindəki xizək mərkəzində 3 kanadalı turist qar uçqununun altında qalıb.

Xilasedicilər 2 turisti xilas edib, 1 turist isə həyatını itirib.