Özbəkistan müasir texnologiyalar əsasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

"Unikal" Özbəkistanın yerli KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pilotsuz aviasiya kompleksi Elmi-istehsalat Mərkəzi də yaradılıb. Mərkəzin istehsal edəcəyi “Loçın” adlı pilotsuz uçuş aparatı beynəlxalq tələb və standartlara tam cavab verir.