Meksikada 13 nəfəri qaçırmaqda təqsirli bilinən şəxs 504 il həbs cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki, Meksika məhkəməsi 13 nəfərin qaçırılmasına görə məsuliyyət daşıyan Humberto P-ni adam oğurluğu cinayətini təşkil etdiyinə görə 504 il, ona kömək edən digər iki şəxsə isə 190 il həbs cəzası verib. 

Meksika Baş Prokurorluğu, adam oğrularının 2009-2011-ci illər arasında Meksika əyalətinin bəzi şəhərlərində 13 nəfəri silahla qaçıraraq ailələrindən rüşvət tələb etdiklərini bildirib. Baş Prokurorluq hadisə ilə bağlı aparılan istintaq zamanı şübhəlilərin zərərçəkmişlərə işgəncə verdiklərini və bir çox qurbanı öldürdüklərini də açıqlayıb.