Yəmənin şimalındakı Ənsar Alla (Husi) üsyançıları Dubay hava limanına ballistik raket atdıqlarını bildiriblər.

"Unikal" xəbər verir ki, paytaxtın hava limanında kiçik yanğın baş verib. Məlumata görə, buna səbəb havada pilotsuz təyyarənin vurulması olub. 

Husilər ordusunun sözçüsü Yəhya Əl-Masirah bildirib ki, "Əl Musaffa neftayırma zavodu və Əbu-Dabi hava limanı dörd Qüds-2 qanadlı raket, Dubay aeroportu isə Zülfüqar ballistik raketi ilə hədəf alınıb. 

Qeyd edək ki, BƏƏ Xarici İşlər Nazirliyi bazar ertəsi Husilərin Əmirlikdəki mülki hədəfləri atəşə tutmasını pisləyib və cavab tədbirləri görəcəyi ilə hədələyib.

Ağarza Elçinoğlu