Müğənni İbrahim Borçalı “Qonağım ol” proqramına qonaq olub. 

"Unikal"  xəbər verir ki, o, proqramda  oğlu Rəhimin vəfatından sonra səhhətində problem yarandığını  dilə gətirib. 

”Oğlumun ölümündən sonra şəkər xəstəliyi tapdım. Başımda nəsə var. Yoxlatmıram… Deyirlər, əsəblə əlaqədardır. Dilimin ucu keyiyir. İnsan vəhşiləşir, soyuqqanlı olursan. Dəfndə 6-7 min adam var idi. Pandemiyaya baxmayaraq, dedilər, heç kim heç nə deməsin. 40 mərasiminə qədər həyat yoldaşıma dəstək oldum. Sonra tükəndim. Ondan sonra Zöhrə mənə dəstək oldu, ayağa qaldırdı. Deyir, oğlum sənsən. Onun toyunu edə, ev hədiyyə verə bilmədim. Edə biləcəyim son şey qəbri idi, onu elə fərqli düzəltdirdim”.

Qeyd edək ki, Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.