Pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb.