Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib.

O bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.