İşğaldan azad edilən ərazilərdə minaların ən çox basdırıldığı yerlər açıqlanıb.

"Unikal"ın məlumatına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib ki, sıx minalanmış ərazilər keçmiş təmas xətti boyuncadır.

S.Poladovun sözlərinə görə, keçmiş təmas xəttindən kənarda da minalanmış ərazilərə rast gəlinib:

“Hazırda o ərazilərin təhlili və tədqiqat işləri aparılır. Ümumi bir fikir formalaşması və uzunmüddətli proseslərin həyata keçirilməsi üçün bu önəmli məsələdir. Bu təhlillər tərəfimizdən davam etdirilir”, - deyə o bildirib.