Rusiya, İran və Çinin hərbi dəniz qüvvələri körfəzdə birgə təlim keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanması məlumat yayıb. 

“Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Rusiya, İran və Çin hərbi gəmilərinin limanda birgə hərbi dəniz təlimlərinə dair konfransda iştirak edəcək”, - deyə məlumatda bildirilir.

 Həmçinin də, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Admiral Tribut" iri sualtı gəmisi "Boris Butoma" iri dəniz tankları İran İslam Respublikasının Çaxbahar limanında lövbər salıb.