"Qremmi" mükafatının təqdim olunma mərasimi aprelin 3-də Las-Veqasda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar

Bildirilir ki, mərasimin keçirilməsi "MGM Grand Garden" arenasında planlaşdırılır. Mərasimin aparıcısı Cənubi-Afrikalı komik, aktyor və teleaparıcı Trevor Noa olacaq. Mükafatlar 85 nominasiya ilə təqdim olunacaq.