“Los Angeles Times” qəzeti, amerikalı siyasətçi, analitik şərhçi Jonah Qoldberqin baş məqaləsini dərc edib.

"Unikal" xəbər verir ki, Qoldberq Rusiyanın, onun hərbi alyansının digər üzvləri olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan da daxil olmaqla, bu ayın əvvəlində Qazaxıstana “sülhməramlı” missiyası ilə qoşun göndərməsindən narazılığını ifadə edib.

“KTMT üzvlərinin heç biri - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan heç biri demokratik ölkələr deyil.  2018-ci ildə baş nazir Nikol Paşinyan hakimiyyətə gəlişindən sonra demokratiyanın qalası elan edilən Ermənistanda indi  heç bir azad hakimiyyətdən söz gedə bilməz". 

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Vaşinqtonda yerləşən “Freedom House” analitik mərkəzi də Qoldberqin Ermənistanı tənqid edən məqaləsini dərc edib.  “Freedom House” 2018-2021-ci illərdə Ermənistanı “qismən azad” kimi təsnif etməyə davam edib.

"Ermənistan həm də “siyasi hüquqlar” və “vətəndaş azadlıqları” reytinqlərinin aşağı olmasına görə “seçilmiş qeyri-demokratik ölkə” hesab olunur. Baş nazir Paşinyan 2018-ci ildə hakimiyyətə gələrək demokratiyanı təşviq etdi və bununla da beynəlxalq dairələrdə böyük dəstək və tərif aldı. Təəssüf ki, Paşinyan hökumətinin monopoliyası və bütün qərarları hökumətin təkbaşına qəbul etmə tendensiyası Ermənistanı çökdürür. Bir sözlər,  Paşinyan özünün yüksək dəyər verdiyi demokratik idarəetmə fürsətini itirir. Bu da ölkənin demokratik nüfuzunu və beynəlxalq dəstəyi itirməsinə gətirib çıxaracaq",  - deyə  ifadə olunub.

Gülayə  Mecid