Prezident Rəcəb Tayyib Ərdoğan fikir ayrılıqlarını həll etmək üçün Rusiya və Ukrayna dövlət başçılarını Türkiyəyə dəvət edib.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik”, - Kalın bildirib.