Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vəzifəsindən azad edilib.

"Unikal" işdən çıxarılan İ.Gülməmmədovanın əmlaklarının siyahısını əldə edib:

Varovski qəsəbəsində "Vimay - Med" klinikası, "Af - Gen" klinikası;

Binəqədi rayonu, "Varovski"də 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;

Binəqədi rayonu, 9-cu mikrorayonda "Zeytunluq"da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, "Zeytunluq" adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib.

Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;

Görədil və Masazır qəsəbələrində villası;

Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;

Bakı şəhərində apteklər şəbəkəsi;

Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;

Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının vasitəsi ilə Gürcüstana keçirib.

Seymur Əli