“Ukraynada vəziyyət çox gərgindir. Bu ölkəyə silah tədarükü, NATO-nun hərbi manevrləri Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”.

"Unikal" xəbər verir ki,  bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.  

“Biz orada silah-sursat tədarükünü, müxtəlif manevrləri, NATO və Qərbi Avropa ölkələrinin aviasiya uçuşlarını görürük. Bütün bunlar Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”, -  deyə  Peskov bildirib.