“Ötən il 0-13 yaşlı uşaqlar arasında ilk dəfə anemiyalı 21 986 uşaq dispanser qeydiyyatına alınıb”.

"Unikal"ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova deyib.

O bildirib ki, 2020-ci ildə bu say 19662 olub: “Bu sayda artım var”.

O qeyd edib ki, ÜST-ün məlumatına görə, dünya əhalisinin 30 faizi qanazlığından əziyyət çəkir. Məktəbəqədər təhsil dövründə olan uşaqların isə 40 faizində anemiya olur.