Rusiyada son sutka ərzində daha 49 513 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal"ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bu bütün pandemiya ərzində ən yüksək gündəlik yoluxma sayıdır.

Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 987 774 nəfərə çatıb.

Son sutka ərzində 692 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 324 752 nəfərə çatıb.