ABŞ prezidenti Co Baydenin mətbuat konfransında gərgin anlar yaşanıb. 

"Unikal" xəbər verir  ki, Ukrayna-Rusiya arasındakı gərginliyi  müzakirə  edən Bayden jurnalistin sualına qəzəblənib. 

Belə ki, jurnalistin “Niyə Putinin ilk addımı atacağını gözləyirsiniz?" sualına, Bayden “Bu, nə axmaq sualdır...” ,- deyə cavab verib. Həmin anlar kameralara düşüb. Daha sonra Amerika  lideri gülümsəyib.

Baydenin jurnalistin sualına cavab verə bilməməsi və  bu cürə  hərəkət etməsi mediada  gündəm olub. 

Gülayə Mecid