Türkiyə Super Liqasının XXIII turunda “Sivasspor”la qarşılaşacaq “Fənərbaxça” səfər öncəsi koronavirus testindən keçib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, iki oyunçunun testi pozitiv nəticələnib.

İstanbul təmsilçisi adları açıqlanmayan həmin oyunçuların səhhətinin yaxşı olduğunu və onların protokola uyğun olaraq karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, “Sivasspor” – “Fənərbaxça” görüşü sabah keçiriləcək.