Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

"Unikal" “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsinə görə verilib.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.

O, Almatı xəstəxanalarından birində tapılaraq ötən gün Qırğızıstana qaytarılıb.

Qeyd edək ki, bundan başqa, Qırğızıstan bu ay ərzində Qazaxıstana iki dəfə nota verib.