Rusiyanın müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Uollesi Moskvaya səfərə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sergey Şoyqu britaniyalı həmkarına qarşılıqlı münasibətlər prinsipi əsasında təhlükəsizliyə dair bütün aktual məsələləri Ben Uollesə istənilən uyğun vaxtda Moskvada müzakirə etməyi təklif edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Sky News” telekanalı Böyük Britaniyanın Ukraynaya 30 xüsusi təyinatlı hərbçi göndərdiyinə dair məlumat yayıb.

Onu da deyək ki, bir neçə gün öncə B.Uolles Rusiyanın müdafiə nazirini Londona dəvət etmişdi.