"NATO Rusiyanın əleyhinə işləyir". 

"Unikal" xəbər verir ki,  bu  sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu blok SSRİ-yə qarşı yaradılıb, indi isə Rusiya Federasiyasının əleyhinə işləyir. Bununla Moskvanın “NATO-nun Şərqə doğru genişlənməməsi mövzusundakı mövqeyi izah olunur", - Lavrov bildirib.