İranın Buşəhr əyalətində 4,1 bal gücündə zəlzələ olub. 

"Unikal" xəbər verir ki, yeraltı təkanlar İranın Buşəhr əyalətinin Riz bölgəsində qeydə alınıb.

Zəlzələnin dərinliyi 14 km olub.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.