"Neftçi" klubu yeni transferi Gilyerme Patonu təqdim edib.

"Unikal" xəbər verir ki, təqdimat paytaxt təmsilçisinin rəsmi televiziyasında xüsusi videoroliklə gerçəkləşib.

Qeyd edək ki, son ölkə çempionu 21 yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalayıb. Braziliyalı vinger yeni komandasında 77 nömrəli formanı geyinəcək. "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

"Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.