ABŞ-ın Kaliforniya ştatında, Palo Koloradoda yanğın 100 hektardan çox ərazini əhatə edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, sakinlərə təxliyə barədə göstəriş verilib. Qırmızı Xaç Cəmiyyətinin Amerika şöbəsi onlar üçün müvəqqəti sığınacaq təşkil edib.

Bundan əvvəl ABŞ Milli Meteorologiya Xidməti xəbərdarlıq etmişdi ki, şənbə günü səhər bu ərazidə güclü küləyin əsəcəyi gözlənilir. Bu isə əlavə risk yaradır.