Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir. Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”, - deyə Akar vurğulayıb.

H.Akar S-400-lərlə bağlı məsələə də toxunub:

"Rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400-lər alması ilə bağlı əsassız olaraq tənqid edir. S-400 hava hücumundan müdafiə sistemlərinin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir. Türkiyə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət edib, lakin bundan imtina edilib. Ankara Vaşinqtonla bütün fikir ayrılıqlarının dialoq yolu ilə həllinin tərəfdarıdır".