Rusiyada son sutka ərzində daha 63 205 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" xəbər verir ki, ötən gün COVID-19 pandemiyası dövründə gündəlik ən çox yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 108 191 nəfərə çatıb.

Son sutka ərzində 679 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 326 112 nəfərə çatıb.