Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan R.Atamov və onun 4 yaşlı qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.