Məşhur model Bella Hadid müsahibəsində spirtli içki aludəçiliyindən bəhs edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, model bir müddət əvvəl təqdim etdiyi spirtsiz içki brendi ilə bağlı açıqlama verib. O qeyd edib ki, bir vaxtlar alkoqol aludəçisi olub:

"Vaxt var idi çox içirdim. Spirtli içkiyə heyran idim. Özümü idarə edə bilmirdim. Dostlarımın partilərinə getmirdim, bilirdim ki, içki içəcəm".

Bella əlavə edib ki, daha sonra həkimə müraciət edir. Mütəxəssislərin yazdığı müalicələrin köməkliyi ilə spirtli içki aludəçiliyindən xilas olan Hadid hazırda içki içmir.

"Sərxoş olmaq işimə də mane olurdu. Spirtli içkisiz qala bilmirdim. Anladım ki, bundan xilas olmasam karyeram bitəcək" deyə, model söyləyib.