Salyanda yol qəzası olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 77-ci kilometrliyində qeydə alınıb. Belə ki, minik avtomobilinin qarşıda gedən avtomobilə çırpılması nəticəsində Hacıqabul rayon sakinləri, 1957-ci il təvəllüdlü Hüseynova Nazilə Məmmədhəsən qızı, 1955-ci il təvəllüdlü Əmirova Nəcibə Niftalı qızı və 1951-ci il təvəllüdlü Nəbiyeva Minabəyim Mədət qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.