İranda ötən sutka ərzində 23 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə virusdan ölənlərin sayı 132 274 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 9 378 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 267 559 nəfərə çatıb.