Sabah Sumqayıt şəhərinin 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlarına, 34-cü, 45-ci və 47-ci məhəllələrinə, Corat qəsəbəsinin bir hissəsinə, Yaşıldərə yaşayış massivinı içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  "Unikal"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb Sumqayıtın bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.