Hindistanın Maharaştra ştatında 7 nəfər səyahət etdikləri avtomobilin körpüdən aşması nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, həyatını itirənlər yerli tibb kollecinin tələbələridir, regional parlament deputatının oğlu da onların arasında olub.

İlkin məlumata görə, avtomobili idarə edən tələbələrdən biri idarəetməni itirib. Avtomobil böyük hündürlükdən çaya düşüb, ölənlərin meyitlərini çıxarmaq üçün azı üç saat vaxt lazım olub.

Səlahiyyətlilər qəzada həlak olanların ailələrinə 200 min rupi (təxminən 2,6 min dollar) ayrılacağını açıqlayıb.