Son 4 gün ərzində "Ana" tropik fırtınası Madaqaskar, Mozambik və Malavidə 46 nəfərin ölümünə səbəb olub.

"Unikal" xəbər verir ki, Madaqaskarda tropik fırtınanın səbəb olduğu daşqınlar və torpaq sürüşüməsi nəticəsində 39 nəfər ölüb, 65 min nəfər isə evsiz qalıb. Mozambikdə 3 nəfər həlak olub, 49 nəfər xəsarət alıb. Malavidə isə 4 nəfər ölüb, ölkənin bir çox hissəsi elektrik enerjisiz qalıb.