Tanınmış fotoqraf Rene Rober küçədə donaraq ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı Rene Rober Parisdə axşam saatlarında küçədə gedərkən özünü pis hiss edib və yıxılıb. Başından zərbə alan fotoqraf 5 saatdan çox səkinin üzərində qalıb.

Ətrafdan keçən insanlar isə ona yaxınlaşmayıb. Küçədə yaşayan bir kişi ona yaxınlaşdıqda artıq çox gec olub. 

Qeyd edək ki, Rene Rober 1936-cı ildə İsveçrədə anadan olub. O, 1960-cı illərdə Parisə köçüb. Onun flamenko rəqqaslarının fotoları böyük populyarlıq qazanıb.