Aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu ötən gecə Bakırköydəki balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, xəstəxanada dünyasını dəyişən Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə axtarılır.

 Bildirək ki, vəkilin ölümü ilə  bağlı cinayət  işi açılıb. Araşdırmalar aparılır. 

***09:31

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

"Unikal"  xəbər  verir ki,  hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.